Evi yanan İbrahim Tatlıses üsyan etdi
12-06-2023, 17:37
5 865

Evi yanan İbrahim Tatlıses üsyan etdi

Bir neçə gün öncə İzmirin Folkart Narlıdere məhəlləsində yanmış lüks binada məşhur müğənni İbrahim Tatlısesin də mənzili olub.
Bu barədə müğənni özü məlumat verib. O evin yanmağına deyil, içərisində, gəncliyindən qalmış bütün xatirələrin yox olmasına üzüldüyünü bildirib.
“Bütün bina sakinlərinə “keçmiş olsun” deyirəm. Cana gələcəyinə mala gəlsin. Evdir yanıb. Ev nədir ki, mənim gəncliyim, 45 illik xatirələrim yox olub. 45 il  ərzində aldığım bütün mükafatlar, 5 il vergi rekordçusu omağıma dair sənədlər kül oldu. Bina sahibləri günahkar olduqları halda hələ də sakinlərdən necə pul alacaqlarını fikirləşirlər. Mən heç kimə bir qəpik də verən deyiləm”- deyə imperator bildirib.

Oxşar xəbərlər