ABŞ 31 Çin şirkətini “qara siyahı”ya saldı
13-06-2023, 23:14
9 506

ABŞ 31 Çin şirkətini “qara siyahı”ya saldı

ABŞ Ticarət Departamenti bazar ertəsi Böyük Britaniya, Keniya, Çin, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Sinqapur, Tailand və Cənubi Afrikadan olan 50 təşkilata ixrac məhdudiyyəti qoyub.
Bu barədə Federal Reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdirilən bildirişdə deyilir.
Eyni zamanda, Latviya təşkilatı qara siyahıdan çıxarılıb.
Bildirilir ki, sanksiyalara Çindən 31,Tailand və BƏƏ-dən 5, Pakistandan 4, Cənubi Afrikadan 3, Böyük Britaniyadan 2, Keniya, Laos, Malayziya, Sinqapurdan 1 şirkət məruz qalıb.
Mənbə: TASS

Oxşar xəbərlər