Dünya
13-06-2023, 13:55
1 010
Yayda şaxtalı hava XƏBƏRDARLIĞI
Yaxın gecələrdə Rusiyanın 11 regionunda şaxtalar gözlənilir.
Rusiya mediası xəbər verir ki, bu proqnozu Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand təqdim edib.
Onun sözlərinə görə, Tomsk, Novosibirsk, Kemerovo, Çelyabinsk, Sverdlovsk, Kurqan, Tümen, İrkutsk vilayətlərində, həmçinin Tatarıstan, Başqırdıstan və Perm diyarında temperaturun kəskin enməsi gözlənilir. Bu bölgələrdə termometrlər sıfırın altına düşəcək, -2 ... -5 dərəcə olacaq.
Qeyd edək ki, son iki həftədə adıçəkilən rayonlarda 35 dərəcə isti müşahidə olunub.