Livanın baş naziri məmurların maaşlarını ödəyə bilməyəcəklərini açıqladı
14-06-2023, 10:21
1 005

Livanın baş naziri məmurların maaşlarını ödəyə bilməyəcəklərini açıqladı

Livanın Baş naziri Najib Mikati parlamentin əlavə ödəniş qərarı vermədiyi təqdirdə, iyun ayında dövlət qulluqçularının maaşlarını ödəyə bilməyəcəklərini bildirib.
Bu barədə Livan rəsmi NNA agentliyi məlumat yayıb. 
Bildirilir ki, Mikatinin başçılıq etdiyi Nazirlər Kabinetinin Yığıncağının ardından maaaşlarla bağlı yazılı açıqlama yayılıb. 
Qeyd edək ki,  2019-cu ilin oktyabr ayında Livanda başlayan nümayişlər, hökumətin istefası, Beyrutdakı liman partlayışı və COVID-19 epidemiyası kimi hadisələr ölkə iqtisadiyyatına dərindən təsir edib. 

Oxşar xəbərlər