İsraildə 12 min il əvvələ aid maraqlı tapıntı
14-06-2023, 10:29
926

İsraildə 12 min il əvvələ aid maraqlı tapıntı

Arxeoloqlar indiki İsrailin şimalında yerləşən Ayn Mallahada 12 min il əvvələ aid yeddi nəfəs aləti aşkar ediblər.
Bu barədə “Scientific Reports” jurnalında dərc olunan məqalədə deyilir.
Kiçik su quşlarının sümüklərindən hazırlanmış fleytalar Avrasiya qırğısı və adi qızılquş kimi bəzi yırtıcı quşların səsinə oxşar səs çıxarır.
Bildirilir ki, bu ərazidə eramızdan əvvəl 13000-9700-cü illərdə Yaxın Şərq sivilizasiyası olan natufianlar yaşayıblar. Onlar bu alətlərdən xüsusi yırtıcıları təqlid etmək üçün istifadə ediblər. Məlumata görə, sümük nə qədər kiçik olsa, imitasiya o qədər təbii olub.
Alətlər ov, musiqi və ya quşların özləri ilə əlaqə yaratmaq üçün istifadə edilib.
Məlumdur ki, natufiyalılar quşlara xüsusi simvolik əhəmiyyət veriblər. Bunu Ayn Mallahda tapılan çoxsaylı caynaq ornamentləri də sübut edir.
Fleytalar köçəri həyatdan oturaq həyat tərzinə keçid və kənd təsərrüfatının inkişafının başlanğıcı dövründə mədəniyyəti üzə çıxarmaq üçün vacib tapıntı hesab olunub.











Mənbə: Gazeta.ru

Oxşar xəbərlər