19 min dollara torpaq alıb, öz ölkəsini QURDU
14-06-2023, 10:40
930

19 min dollara torpaq alıb, öz ölkəsini QURDU

Amerikalı aparıcı Rand Uilyams öz ölkəsini yaradıb. 
Xarici KİV xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş 193 ölkəyə səfər edən Rand, dünyada səyahət etmək üçün yeni bir ölkə olmadığı üçün yeni bir dövlət qurmağa qərar verib. 
Slowjamastan adlı ölkəni quran və idarə edən amerikalı, 2021-ci ilin oktyabrında ölkəni qurmaq üçün hərəkətə keçib və ilin sonuna qədər onu "Slowjamastan Xalq Respublikasının Suveren Millətinin Birləşmiş Ərazisi" elan edib.  
Belə ki, Uilyams ABŞ-ın Kaliforniya ştatında 44 kvadrat kilometr ərazini 19 min dollara alıb. Slowjamastan vətəndaşlarının sayı 4 min 500-ə çatıb və gündən-günə artır
Ölkənin paytaxtı Dublandiyadır.  Hələ geniş istifadə edilməsə də, Slowjamastan Respublikası vətəndaşları “double” adlandırdıqları puldan istifadə edirlər və onların pasportu da var. Bundan əlavə, pasportda ABŞ, Cənubi Afrika və Yeni Zelandiya kimi ölkələrin də daxil olduğu 16 müxtəlif ölkənin möhürü var.
Slowjamastan sultanı Rendi Uilyams BMT-yə üzv dövlətlərlə diplomatik əlaqələr qurmaq üçün çox səy göstərdiyini deyir. 
Slowjamastanın milli heyvanı yenot, milli meyvəsi isə maraska adlı alçadır.  Ölkədə ancaq sərhəd zastavası var. Lakin Rand Uilyams ölkəsinə yeni strukturlar gətirməkdə qərarlıdır. Slowjamastan sultanı tezliklə ölkəsində su yolu və armadillo ferması tikməyi planlaşdırır. Bunlarla yanaşı, o, öz heykəlini də ucaltmağı planlaşdırır. 
  • 19 min dollara torpaq alıb, öz ölkəsini QURDU - FOTOLART
  • 19 min dollara torpaq alıb, öz ölkəsini QURDU - FOTOLART
  • 19 min dollara torpaq alıb, öz ölkəsini QURDU - FOTOLART

Oxşar xəbərlər