ABŞ-də estakadanın çökdüyü yerdə insan qalıqları tapıldı
14-06-2023, 10:43
957

ABŞ-də estakadanın çökdüyü yerdə insan qalıqları tapıldı

ABŞ-də Filadelfiya (Pensilvaniya ştatı) şəhəri yaxınlığında federal magistralın estakadasının bir hissəsinin uçduğu yerdə insan qalıqları tapılıb.
Bu barədə ştatın polis idarəsindən xəbər verilib.
“Səlahiyyətlilər qalıqların şəxsiyyətini müəyyənləşdirirlər”, - deyə idarədən əlavə edilib.

Qeyd edək ki, İ-95 avtomobil yolunun estakadasının bir hissəsi iyunun 11-də 30 min litrdən çox benzin daşıyan yük maşınının alovlanmasından sonra uçub. Hakimiyyət 15 ştatı birləşdirən federal magistralın bir hissəsini bağlamağa məcbur olub. Bu marşrutun uzunluğu 3 min km-dən çoxdur.
Bu hadisədə ölən və yaralananlar barədə məlumat verilmir. Ancaq estakadanın uçmasına səbəb olan tankerli yük maşınının sürücüsünün taleyi hələlik müəyyən edilməyib.
Ştat qubernatoru Coşua Şapiro dağıntıların təmizlənməsi və estakadanın təmiri üçün fövqəladə vəziyyət elan edib. 







Mənbə: Gazeta.ru

Oxşar xəbərlər