Pivə içən məktəbli qız öldü
14-06-2023, 13:40
768

Pivə içən məktəbli qız öldü

Sverdlovsk vilayətində 14 yaşlı məktəbli qız pivədən ölüb.
Rusiya mediası bildirir ki, qızın rəfiqəsi ilə kirayədə yaşadığı və orada spirtli içki qəbul etdiyi müəyyənləşib.
Qız özünü pis hiss edib və uzanmaq üçün qonşu otağa keçib. Gecə gələn təcili tibbi yardım həkimləri onun öldüyünü bildiriblər
Araşdırma zamanı məlum olub ki, məktəblinin ölümünə anafranil həbləri səbəb olub. Bu dərman isə alkoqol ilə uyğun deyil.
Yeniyetmənin meyitində zorakılıqla ölüm əlaməti olmayıb.
Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.

Oxşar xəbərlər