Dünya
14-06-2023, 15:25
1 110
“Şrek” necə çəkildi? - Cəza verilərkən mükafat aldılar
“Şrek” adlı animasiya filmini yəqin görməyən yoxdur. Filmin birinci hissəsi o qədər uğurlu alındı ki, onun davamının çəkilməsinə də qərar verildi və artıq kinoprokatda 4 “Şrek” silsiləsi var. Bu yaxınlarda istehsalçılar daha bir bölümün çəkiləcəyini elan ediblər. Lakin az adam bilir ki, “Şrek” layihəsi əslində filmin rejissor və rəssamlarına, daha doğrusu “DreamWorks Animation” qrupunun animatorlarına cəza olaraq verilmişdi.
Bundan öncə çəkilən “Misir şahzadəsi” animasiya filmində yol verdikləri xətalara görə yaradıcı heyəti gözdən salmaq üçün “Şrek” layihəsi onlara verildi. Bu layihənin çəkilişləri daha öncə başlayıb, lakin yarımçıq qalıb.
Bir sıra istehsal problemləri olan bu yarımçıq film arxivə atılmışdı, heç kim ona sahib çıxmaq istəmirdi.
Lakin nüfuzlarını yüksəltmək istəyən yaradıcı heyət işin öhdəsindən uğurla gəlib. Çirkin divi dünyaya sevdirə biliblər. Dublyaja çox məşhur Hollivud ulduzlarını dəvət ediblər.
Bu ekran işi ən yaxşı tammetrajlı animasiya filmi kimi “Oskar” qazanıb və bütün dünyadakı nümayiş etdirilib. Film bir ildə 490 milyon dollar gəlir gətirib.