Ən yaxşı 5 bioqrafik kino açıqlandı
16-06-2023, 15:17
6 952

Ən yaxşı 5 bioqrafik kino açıqlandı

Orijinallığı və unudulmaz hekayələri özündə birləşdirən bioqrafik filmlər həm kino pərəstişkarları, həm də tənqidçilər tərəfindən həmişə yüksək qiymətləndirilir. Belə kinolar onilliklər ərzində tamaşaçıları valeh edir, bizi böyük şəxsiyyətlərin həyatı haqqında məlumatlar əldə etməyə şərait yaradır, şəxsiyyətlərin qələbə və mübarizələrinə nəzər saldırır. 
“StudyFinds” pərəstişkarları və kino mütəxəssisləri tərəfindən tövsiyə edilən ən yaxşı beş bioqrafiya janrında çəkilmiş film açıqlanıb. 
Onları təqdim edirik: 
1. Ərəbistanlı Lourens (1962)
Bu film İngilis tarixi draması janrındadır. Peter O'Toole tərəfindən profesional şəkildə canlandırılan Lawrence, Birinci Dünya Müharibəsi zamanı ərəb qəbilələrini türklərə qarşı idarə edir.  Rejissor Devid Linin filmi kinematoqrafiya sahəsinin şah əsəri kimi tanınıb və çoxsaylı mükafatlar alıb.
2. “Şindlerin siyahısı” (1994)
Rejissoru Steven Spielberg olan bu ürəkağrıdan tarixi dram Holokost zamanı mindən çox yəhudini xilas edən alman sənayeçisi Oskar Şindlerin real həyat hekayəsindən bəhs edir. Xüsusilə Liam Neeson-dan olan filmin güclü hekayəsi və aktyor heyəti üçün mütləq baxılmalıdır. 
3. The Goodfellas (1990)
Martin Scorsesenin bioqrafik cinayət filmi Rey Liottanın canlandırdığı mafiya ortağı Henri Hillin yüksəlişi və süqutunu nümayiş etdirir. Joe Pesci və Robert De Niro kimi aktyorların da rol aldığı "The Goodfellas" indiyə qədər çəkilmiş ən möhtəşəm filmlərdən biri hesab olunur.
4. Selma (2015)
Bu bioqrafik film 1965-ci ildə kiçik Martin Lüter Kinqin başçılıq etdiyi səsvermə hüququ uğrunda apardığı mübarizəsini, tarixi yürüşləri və onun üzləşdiyi çətinliklər vurğulanır. Onu da qeyd etmək lazımdır ki, aktyor David Oyelowo Martin Lüter Kinq rolunda möhtəşəm iş görür. 
5. Raging Bull (1980)
Martin Scorsese tərəfindən çəkilmiş, Robert De Nironun da baş rol olduğu bu film ən yaxşılar arasındadır. De Nironun boks çempionu Jake LaMotta obrazını mükəmməl şəkildə ifa edir. Raging Bull günahkarlıq, kişilik və özünü məhv etmə mövzularını araşdırır. Filmin unikal vizual üslubu və gərgin boks səhnələri ilə kinematoqrafiya tarixinin şah əsərlərindən biri hesab olunur.

Oxşar xəbərlər