Krivoy Roq şəhərinin meri: “Ayyarımlıq su ehtiyatımız qalıb”
17-06-2023, 11:02
16 976

Krivoy Roq şəhərinin meri: “Ayyarımlıq su ehtiyatımız qalıb”

Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması səbəbindən Krivoy Roq şəhəri susuz qala bilər.
Bu həyəcanlı xəbəri Krivoy Roq şəhərinin meri Aleksandr Vilkula öz “Telegram” səhifəsində paylaşıb.
“Su ilə bağlı vəziyyətimiz çox ağırdır. Cənub su anbarında ayyarımlıq ehtiyatımız qalıb”, - deyə şəhər meri bildirib.
Xatırladaq ki, iyunun 6-da Kaxovka Su Elektrik Stansiyasının bəndlərindən biri partladılıb.
Ukrayna faciəni törətməkdə Rusiyanı, qarşı tərəf isə rəsmi Kiyevi ittiham edir.
Mənbə: Rbc.ua

Oxşar xəbərlər