Putin nüvə silahından istifadəni mümkün saydı
17-06-2023, 11:17
16 908

Putin nüvə silahından istifadəni mümkün saydı

“Təbii ki, nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür”.
Bunu Rusiya Prezidenti Vladimir Putin iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası zamanı bildirib.
“Ərazi bütövlüyümüz, müstəqilliyimiz və Rusiya dövlətinin mövcudluğunun suverenliyi üçün təhlükə yaranarsa, mümkündür”, - dövlət başçısı vurğulayıb.
O əlavə edib ki, nüvə silahı sözün geniş mənasında təhlükəsizliyi təmin etmək üçün yaradılır. Amma Rusiyanın indi ondan istifadə etməyə ehtiyacı yoxdur.
Putin qeyd edib ki, Rusiya ixtiyarında olan nüvə silahının miqdarını azaltmayacaq.
Həmçinin, dövlət başçısı ölkəsinin artıq Belarusa nüvə başlıqlı raketlər yerləşdirdiyini diqqətə çatdırıb.
Mənbə: theins.ru

Oxşar xəbərlər