İsveçrədə referendum: Anti-COVID qanunu uzadılacaq
19-06-2023, 21:29
9 646

İsveçrədə referendum: Anti-COVID qanunu uzadılacaq

İsveçrə vətəndaşları bazar günü referendumda COVID-19 qanununun 30 iyun 2024-cü ilə qədər uzadılmasına səs veriblər.
Qanun lazım gələrsə, səlahiyyətlilərə peyvənd sertifikatları tətbiq etməyə icazə verir.
Səslərin hesablanmasını real vaxt rejimində işıqlandıran İsveçrənin ictimai yayımçısı RTS-in məlumatına görə, bu qərarı vətəndaşların 61,9%-i dəstəkləyib.
Qeyd edək ki, bu mövzuda əvvəlki iki referendum 2021-ci ilin iyun və noyabr aylarında keçirilib.
Mənbə: TASS

Oxşar xəbərlər