Dünya
19-06-2023, 09:40
604
Antalyada 5 ulduzlu hoteldə kütləvi zəhərlənmə
Antalyada 5 ulduzlu hotelə gedən britaniyalı turistlərin başına iş gəlib.
Türkiyə mətbuatı verir ki, turistlər hoteldə qidadan zəhərləniblər. Britaniyalılar xəstəxanaya müraciət ediblər. Onların bəzilərində “salmonella” və “E.coli (Coli bacillus)” kimi bakteriyaların aşkarlanıb.
Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi də zəhərlənmə xəbərlərindən sonra araşdırmaya başlayıb. Agentlik qida zəhərlənməsinin hoteldən qaynaqlanmadığını və bunun norovirus olduğunu iddia edib
Turistlər açıq bufet təqdim edilən hoteldə yeməklərin yararsız şəraitdə verildiyini, yemək qalıqlarına təzə yeməklərin əlavə edildiyini, boşqab, stəkan, bıçaq və qaşıqların natəmiz şəkildə verildiyini bildiriblər.
Hoteldən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.