Vladiqafqazda fövqəladə vəziyyət elan edildi
19-06-2023, 10:10
603

Vladiqafqazda fövqəladə vəziyyət elan edildi

Vladiqafqaz administrasiyası güclü yağışdan sonra şəhərdə fövqəladə rejim tətbiq edildiyini açıqlayıb.
Administrasiyanın rəhbəri Vyaçeslav Mildzixovun sözlərinə görə, Yujnı kəndində bir çox evi su basıb, dağıntılar var.
O, yaxın vaxtlarda bərpa işlərinə başlamaq üçün bütün əməliyyat xidmətlərinin təcili olaraq lazımi qərarlar qəbul etdiyini vurğulayıb.

Mənbə: gazeta.ru

Oxşar xəbərlər