Dünya
19-06-2023, 10:40
755
Tanınmış prodüser film çəkilişi üçün Türkiyəyə gəldi
Amerikalı prodüser Maxx Oliver "Come on Bitteschön" (Come On Please) komediya filminin hazırlıqları üçün İstanbula gəlib.
Onun yeni filmində Mehmet Ali Erbil və Esra Sönmezer rol alacaq. Onlar artıq danışıqlara başlayıb.
Daha əvvəl eyni heyətlə başqa layihədə çalışan prodüser “İş prinsipindən razı qaldığımız aktyorlarla davam edirik”,-deyə bildirib.
Esra Sönmezer isə Maxxla çalışmaqdan çox xoşbəxt olduğunu deyib:
“Cənab Maxx ilə işləməkdən çox xoşbəxtəm. Onunla başqa layihələrimiz də olacaq. Bu ilin sonunda yeni iş üçün Amerikaya gedəcəyəm”.