Gündə 15 avrodan ucuz istirahət edə biləcəyiniz AVROPA ÖLKƏLƏRİ
19-06-2023, 11:38
846

Gündə 15 avrodan ucuz istirahət edə biləcəyiniz AVROPA ÖLKƏLƏRİ

Pandemiyadan sonra turizm sənayesi bərpa olunmağa başlayıb və bir çox Avropa ölkələrində tətil qiymətləri olduğundan daha yüksəkdir. Lakin müxtəlif attraksionlarla, isti hava və dənizlə zəngin olan istiqamətlər var ki, orada nisbətən ucuz qiymətə dincələ bilərsiniz.
Xarici KİV xəbər verir ki, tətil planlaşdırarkən əsas məqamlardan biri büdcədir.
Mütəxəssislər isə bu yay yaxşı vaxt keçirmək üçün gedə biləcəyiniz, lakin çox pul xərcləməyəcəyiniz ölkələri müəyyənləşdiriblər.
Türkiyə birinci yerdədir, burada analitiklərin fikrincə, gündəlik xərclər təxminən 15 avro ola bilər. Turistlər bu yeri isti hava, dəniz, tarixi yerlər və nisbətən uyğun qiymətə olan qəlyanaltıları üçün bəyənirlər. 
İkinci sırada turistlər gündə təxminən 20 avro xərcləyə biləcəkləri Polşadır. Üçüncü yerdə Bolqarıstan – 27 avro, dördüncü yerdə Macarıstan – 32 avro və Xorvatiya 39 avro ilə ən ucuz Avropa ölkələrinin ilk beşliyini bağlayır. 

Oxşar xəbərlər