Qvardiola İstanbuldan malikanə alır
19-06-2023, 12:40
2 123

Qvardiola İstanbuldan malikanə alır

İstanbulda Çempionlar Liqasını qazanan və daha sonra şəhərin ən gözəl yerlərini gəzən baş məşqçi Pep Qvardiola heyran olduğu Boğazdan malikanə almaq qərarına gəlib.
Xarici media bildirir ki, Türkiyənin Çempionlar Liqasının finalına ev sahibliyi etdiyi oyun 2023-cü il iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılıb. "Mançester Siti" - "İnter" oyununda Rodrinin 68-ci dəqiqədə vurduğu qolla qalib gələn "Mançester Siti" UEFA Çempionlar Liqasının 2023-cü il çempionu olub.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 17 nəfərlik ailəsi ilə İstanbulda oynanan finala gəlib.
İstanbulun ən gözəl yerlərini gəzən Qvardiola Ailəsi Türkiyəyə heyran qalıb.
İddialara görə, Qvardiola iyulun ilk həftəsində yenidən İstanbula gələcək.
Məşhur məşqçinin həm Boğaziçidən malikanə, həm də müəyyən bölgədən torpaq alacağı öyrənilib.
Digər tərəfdən Çempionlar Liqasının finalında yeganə qolu vuran və "Mançester Siti"yə kuboku qazandıran Rodrinin iyulun 12-də İstanbula, dünya şöhrətli futbolçu Erlinq Haalandın isə avqustun 4-də Bodruma gələcəyi iddia edilib. .

Oxşar xəbərlər