Dünyanın ən böyük böyrək daşı çıxarıldı: 801 qram
19-06-2023, 13:57
7 508

Dünyanın ən böyük böyrək daşı çıxarıldı: 801 qram

Şri-Lankanın paytaxtı Kolomboda bir xəstədən dünyanın ən böyük və ən ağır böyrək daşı götürülüb.
Xarici KİV xəbər verir ki, böyrək daşı "dünyanın ən böyük" və "dünyanın ən ağır böyrək daşı" olmaqla iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil olub.
Belə ki, Şri Lankada 62 yaşlı təqaüdçü əsgər Canistus Coonghe qarın ağrısı səbəbindən Kolombo Hərbi Xəstəxanasına gedib. Böyrəyində daş aşkarlanan Coonghe iyunun 1-də əməliyyat olunub.
Əməliyyatda həkimlər Coonghenin böyrəyindən uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qram olan daş çıxarıblar. Böyrək daşı "dünyanın ən böyük" və "dünyanın ən ağır böyrək daşı" olmaqla iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil olub. Ginnes də qırılan rekordları təsdiqləyib.
Əvvəllər "dünyanın ən ağır böyrək daşı" rekordu 2008-ci ildə Pakistanda qeydə alınıb. Bir xəstədən 620 qramlıq böyrək daşının götürülüb. "Dünyanın ən böyük"böyrək daşı rekordu isə 2004-cü ildə Hindistanda bir xəstədən 13 santimetrlik böyrək daşının götürülməsi ilə qırılmışdı.






Oxşar xəbərlər