Yupiterdə ildırım çaxmasının görüntüsü çəkilib
20-06-2023, 10:20
603

Yupiterdə ildırım çaxmasının görüntüsü çəkilib

Yupiterdə şimal qütbünün yaxınlığında burulğan və ildırım çaxmasının görüntüsü çəkilib.
Fotoları paylaşan ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) kadrların “Juno” kosmik gəmisindən 2020-ci ilin sonunda qeydə alındığını bildirib.
O da vurğulanır ki, Yupiterdə ildırım Yerdəki kimi tərkibində ammonyak-su məhlulu olan buludlarda baş verir və daha çox qütblərin yaxınlığında müşahidə olunur.





Mənbə: TRT Haber

Oxşar xəbərlər