Dünya
11-12-2020, 16:38
209
Koronavirusun təsbit edilməsində itlərdən istifadə olunacaq
Fransada aparılan araşdırmalar koronavirusa yoluxmanın təlim görmüş itlərin köməyilə aşkar edilməsinin mümkünlüyünü göstərir.
Bakıtv.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq ilkin sınaqlara başlanılıb. Fransa və Livanda COVID-19-a yoluxmuş xəstələrdən tər nümunələri götürülüb.
Bu nümunələr yoluxmayan insanların tər nümunələri ilə qarışdırılıb. Bundan sonra təlim görmüş xüsusi itlər qoxu yolu ilə virusa yoluxmuş insanlardan götürülmüş nümunələri ayırd etməyə başlayıb. Sınaqlarda uğurlu nəticə 75-99 faiz aralığında dəyişib.
Araşdırmanın detalları və nəticələri barədə nüfuzlu "PLOS One" elmi jurnalında məqalə dərc olunub.