Şahzadə Harri və Meqan Markl pul üçün bunu da etdilər
20-06-2023, 11:54
938

Şahzadə Harri və Meqan Markl pul üçün bunu da etdilər

Şahzadə Harri və həyat yoldaşı Meqanın ən böyük moda evlərindən birinin siması olacaqları iddia edilib. 
Son zamanlar İngiltərəni və Britaniya kral ailəsini tərk edərək ABŞ-a yerləşən Suxxex hersoqu və hersoginyası Harri və Meqan Markl ilə bağlı mediaya təəccüblü iddialar atılıb.
Belə ki, cütlüyün “Spotify” ilə qurduğu media şirkəti müqaviləni sona çatdırıb və Harri və Meqan milyonlarla dollardan məhrum olublar.
80 milyon dollarlıq sənədli sövdələşmə də bu günlərdə şirkət tərəfdən incələnib. Bu da böyük itkilərin olacağından xəbər verir. Həmçinin, Amerikaya köçən ikili 14 milyon dollarlıq malikanə alıb və bunu 9,5 milyon dollar kredit götürərək edib.
Üstəlik təkcə əmlakın illik vergisi 141 min dollardan çoxdur. İldə cəmi 2 milyon dollar təhlükəsizlik xərcləri olan Harry və Meqanın işçiləri dayə, bağban, səyahət xərcləri və hətta şəxsi təyyarə səfərləri də daxil olmaqla böyük maliyyə yükü altındadır.
Bildirilir ki, cütlük maliyyə problemləri çəkir. Buna görə də bacardıqları qədər yeni işlərə başlamaq istəyirlər. Britaniya mediasının məlumatına görə, Harri və Meqan hazırda dünyanın ən böyük moda markası olan “Dior”la müqavilə imzalamaq ərəfəsindədirlər. Ancaq bununla bağlı hələlik cütlükdən və ya şirkətdən rəsmi açıqlama yoxdur. 

Oxşar xəbərlər