Kanada yeddi iranlı hakimə qarşı sanksiyalar tətbiq etdi
20-06-2023, 15:27
1 040

Kanada yeddi iranlı hakimə qarşı sanksiyalar tətbiq etdi

Kanada Xarici İşlər Nazirliyi İranın cinayət məhkəməsi sistemində insan haqlarını kobud və sistematik şəkildə pozduqlarına görə İslam Respublikasının yeddi hakiminin adını sanksiyalar siyahısına salıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
ABŞ və Avropa Birliyi tərəfindən də tətbiq edilən sanksiya daha çox İnqilab məhkəmələrində çalışan hakimlərə şamil ediləcək.
Siyahıya salınan hakimlərin Kanadadakı mümkün bank hesabları dondurulacaq və Şimali Amerika ölkəsinə girişləri qadağan ediləcək.

 

Oxşar xəbərlər