Qanunsuzluq edən şəbəkə ifşa edildi
20-06-2023, 16:35
6 570

Qanunsuzluq edən şəbəkə ifşa edildi

Ankaranın 29 vilayətində sürücülük vəsiqəsi imtahanı verən şəxslərin kamera və qulaqlıq mexanizmi ilə fırıldaq etməsinə imkan verən şəbəkə üçün “Mexanizm” əməliyyatı təşkil edilib.
 
Xarici mətbuat xəbər verir ki, sürücülük vəsiqəsi imtahanlarında qanunsuzluq edərək əsassız qazanc əldə edən cinayət təşkilatına qarşı iş aparılıb.
Müəyyən edilib ki, şübhəlilər yazılı imtahandan keçmək üçün tələbləri olmayan şəxslərin üzərinə gizli kamera və qulaqlıq yerləşdiriblər və sənədləri çatışmayan sürücü namizədləri üçün saxta sənədlər hazırlayıblar.
Bu üsulla 300 nəfərin sürücülük vəsiqəsini almasına şərait yaradan şübhəlilərin təxminən 20 milyon TL haqsız qazanc əldə etdiyi müəyyən edilib.
İstintaq çərçivəsində 270 şübhəlinin şəxsiyyəti və ünvan məlumatları müəyyən edilib.

Oxşar xəbərlər