"Qarabağ münaqişəsinin həllində hansısa şəkildə iştirak etməliyik" - Lukaşenko
20-06-2023, 17:54
6 403

"Qarabağ münaqişəsinin həllində hansısa şəkildə iştirak etməliyik" - Lukaşenko

Ermənistan-Azərbaycan problemi mürəkkəb məsələlərdən biridir, çünki ermənilər də, azərbaycanlılar da bizim yaxın və əziz xalqımızdır.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri qeyd edib ki, hər iki xalq SSRİ-nin eyni əyalətində yaşayıblar: "Ona görə də biz münaqişənin (Qarabağ - red.) həlli üçün hansısa şəkildə iştirak etməliyik. Əgər Qərb ora daxil olsa, bu problemləri həll etmək bizim üçün çətin olacaq". 

Oxşar xəbərlər