Dünya
20-06-2023, 18:05
6 348
Ermənistan 2 milyard 690 milyon manatlıq silah və texnika alıbmış
"44 günlük müharibəyə qədər ordunun modernləşdirilməsi mövzusu diqqət mərkəzində idi".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyasında deyib.
Baş nazir 2018-2020-ci illərdə Ermənistan hökumətinin silah və hərbi texnika əldə etmək üçün təxminən 608 milyard dram (2 milyard 690 milyon manat) xərclədiyini açıqlayıb: "44 günlük müharibə başlayana qədər, yəni 2 il 4 ayda Ermənistan hökuməti silah və hərbi texnika əldə etmək üçün təxminən 608 milyard dram xərcləyib. Müqayisə üçün qeyd edək ki, 2008-ci il yanvarın 1-dən 2018-ci ilin mayına qədər, yəni 10 il 4 ay ərzində Ermənistanın əvvəlki hökumətləri bu məqsədlə 354 milyard dram xərcləyib. Başqa sözlə, 2 ildə biz 10 ildə əldə etdiyimiz nailiyyətlərdən, demək olar ki, iki dəfə çox nail olmuşuq".