Dünya
11-12-2020, 23:23
206
Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
Türkiyənin şərqində gözlənilməz hava şəraiti ilə bağlı insanlara xəbərdarlıq edilib.
Bakıtv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəsmi qurumlar İç Anadolu regionunda havaların kəskin soyuyacağı, şiddətli külək və fırtına olacağı ilə bağlı insanları öncədən məlumatlandırıb.
Belə ki, Konya, Karaman, Niğde və Aksaray şəhərlərində küləyin sürətinin 50-70 kilometr/saata çatacağı bildirilir. İnsanların dağıla və ya aşa biləcək köhnə tikililərdən, ağaclardan, baxımsız dirəklərdən ehtiyatlı olması və zəruri olmadıqca yaşadığı yerləri tərk etməməsi tövsiyə olunub.