İranda güclü zəlzələ oldu
21-06-2023, 10:37
971

İranda güclü zəlzələ oldu

İranın Hörmüzqan vilayətinin Farəğan şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.
"Tasnim" xəbər agentliyi xəbər verir ki, yeraltı təkanlar 23 km dərinlikdə qeydə alınıb. 
Məlumata görə, episentri Xoy şəhərinin Zərabad rayonunda olan 4 bal gücündə daha bir zəlzələ olub. 
Zəlzələdən sonra Qızıl Aypara qiymətləndirmə qrupları bölgəyə gedərək vəziyyəti araşdırıb. Qruplar bununla bağlı hesabat təqdim etməyiblər.

Oxşar xəbərlər