Dünya
21-06-2023, 11:37
907
Gündüz yuxusunu sevənlər piylənmə riski altındadır
Gün ərzində 30 dəqiqədən çox yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər.
“Gazeta.ru” verdiyi xəbərə görə, bu barədə “Obesity” jurnalında dərc olunan araşdırmada deyilir.
Mütəxəssislər 18-65 yaş arası 3000-dən çox ispaniyalının məlumatlarını təhlil ediblər.
Nəticələr göstərdi ki, gün ərzində 30 dəqiqədən çox yatan insanların bədən kütləsi indeksi yatmayanlara və ya yarım saatdan az yatanlara nisbətən 2% yüksəkdir.
Eyni zamanda, axşam yeməyindən sonra uzun yuxuya üstünlük verən iştirakçılarda piylənmə riski 23%, metabolik sindrom riski isə 40% artıb.
Mütəxəssislər bunun gündüz yuxusu zamanı narahat bir duruş, həmçinin gecə yuxusunun pisləşməsi və pəhrizin dəyişməsi ilə bağlı ola biləcəyini istisna etmirlər.