Peskov Moskvaya PUA-ların hücumundan danışdı
21-06-2023, 14:43
880

Peskov Moskvaya PUA-ların hücumundan danışdı

"Rusiya PUA-larla mübarizə aparır və öz tapşırıqlarının öhdəsindən səmərəli şəkildə gəlir".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov PUA-ların Moskva vilayətinə gecə hücumlarını şərh edərkən deyib.  
"Həqiqətən də hücum olub. Dronlarla mübarizə vasitələri öz vəzifələrinin öhdəsindən gəlib.  İndi müvafiq orqanlar araşdırma aparır", - Kreml sözçüsü bildirib.
İyunun 21-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Rusiya hərbçiləri Moskva vilayətində iki pilotsuz təyyarəni vurublar. Daha sonra  Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib. 

Oxşar xəbərlər