Ayrılıq iddialarına belə cavab verdi
21-06-2023, 15:29
954

Ayrılıq iddialarına belə cavab verdi

Türkiyənin tanınmış müğənnisi Seda Sayan özündən 25 yaş kiçik həyat yoldaşı Çağlar Ökten ilə şəklini paylşaraq ayrılıq iddialarını rədd edib. 
Türkiyə mediası xəbər verir ki, ötən il evlənən cütlüyün bu aralar dalaşdıqları iddiası gündəmə gəlmişdi. Hətta mübahisə zamanı Çağlar Öktenin evin pəncərələrini sındırdığı da söylənilirdi.
Ancaq Seda Sayan həyat yoldaşı ilə tətildən şəkil paylaşaraq yayılan xəbərləri təkzib edib. Müğənni yoldaşı ilə şəklini ürək emojisi ilə hekayə bölümündə paylaşıb. 


Oxşar xəbərlər