Türkiyədə 54 nəfər göbələkdən zəhərləndi - Ölən var
21-06-2023, 16:18
6 664

Türkiyədə 54 nəfər göbələkdən zəhərləndi - Ölən var

Türkiyənin Çorum vilayətində bir gündə 21 nəfər göbələkdən zəhərlənib.
Xəstəxanaya yerləşdirilənlərdən biri Dursun Özseçer dünyasını dəyişib.
Zəhərlənən digər insanların müalicəsi davam edir.
Qeyd edək ki, ötən həftə Çorumda topladıqları göbələkləri yeyən 33 nəfər ürəkbulanma və qusma şikayəti ilə xəstəxanalara müraciət ediblər. Bununla da göbələkdən zəhərlənənlərin ümumi sayı 54-ə çatıb. 

Oxşar xəbərlər