Paltaryuyan maşındakı pis qoxu və kifdən qurtulmağın ASAN YOLU
21-06-2023, 16:19
6 662

Paltaryuyan maşındakı pis qoxu və kifdən qurtulmağın ASAN YOLU

Bir az qəribə səslənsə də, paltaryuyan maşının özünü vaxtaşırı yumaq lazımdır. Əks halda, o, iyrənc "ətir" mənbəyinə və kif  üçün çoxalma zəmininə çevrilmək riskini daşıyır.
Xarici KİV xəbər verir ki, paltartyuyan maşının yeni kimi görünməsi və orada yuyulan çamaşırların daha təmiz və təravətli olması üçün bəzi məhsullardan istifadə etmək lazımdır.
Bunun üçün kiçik bir qabda dörddə bir fincan su və eyni miqdarda sodanı qarışdırın. Ayrı bir qaba 2 stəkan sirkə tökün. Soda məhlulunu yuyucu toz üçün bölməyə, sirkəni isə birbaşa yuyucu tamburuna tökün.
Sonra qapını bağlamaq və yuma rejiminə başlamaq qalır. Yuma vaxtı bitdikdən sonra bir süngər götürün və rezin qapı möhürlərinin üstündən bir dəfə keçin - bu, suyun çata bilmədiyi hər şeyi silməyin yeganə yoludur.

Oxşar xəbərlər