Acun Ilıcalı qızına milyon dollarlıq hədiyyə etdi
21-06-2023, 17:01
6 478

Acun Ilıcalı qızına milyon dollarlıq hədiyyə etdi

Tanınmış Türkiyəli prodüser və aparıcı Acun Ilıcalı qızına aldığı bahalı hədiyyə ilə gündəmə gəlib. 
Ilıcalı Zeynəp Yılmaz ilə olan evliliyindən dünyaya gələn qızı Leylaya lüks avtomobil hədiyyə edib.
Acun bununla bağlı “Instagram” hesabında video paylaşıb. Belə ki, o, qızına “İstanbul tıxacı səni qorxudurmu” sualını ünvanlayıb. Qızı Leyla isə “Yanımda sən olanda yox” cavabını verib. Həmin anlar sosial şəbəkələrdə çox danışılıb. 
Qeyd edək ki, Acun Ilıcalının 3 evliliyindən 4 qız övladı və bir nəvəsi var. 

 



Oxşar xəbərlər