Rusiyada "qanuni oğru" həbs edildi
21-06-2023, 17:25
6 377

Rusiyada "qanuni oğru" həbs edildi

Moskva vilayət məhkəməsi kriminal aləmdə ən yüksək vəzifə tutan "qanuni oğru" Boris Petrovu (Apakel) səkkiz il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Moskva vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, "qanuni oğru" cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək. Ötən il həbs edilən Boris Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1 ("Cinayət iyerarxiyasında ən yüksək vəzifənin tutulması"). maddəsi ilə ittiham olunurdu. 

Oxşar xəbərlər