Çində restoranda güclü partlayış olub - 31 ÖLÜ
22-06-2023, 09:43
766

Çində restoranda güclü partlayış olub - 31 ÖLÜ

Çinin şimal-qərbindəki Yinçuan şəhərindəki restoranlardan birində güclü partlayış baş verib. 
"Şinhua" xəbər agentliyi xəbər verir ki, Ningxia muxtar vilayətinin paytaxtında qeydə alınan partlayış nəticəsində azı 31 nəfər ölüb.
"Mayeləşdirilmiş neft qazının dağılması manqal restoranının fəaliyyəti zamanı partlayışa səbəb olub", - deyə məlumatda qeyd olunub. 
7 yaralıdan birinin vəziyyətinin "ağır olduğunu bildirib.
Partlayış Çində üç günlük Əjdaha Qayığı festivalı ərəfəsində olub.

Oxşar xəbərlər