Dünya
22-06-2023, 10:38
2 025
Parisdə güclü partlayış nəticəsində yaralıların sayı artıb
Fransanın paytaxtı Parisin 5-ci rayonundakı binalardan birində baş verən partlayış nəticəsində yaralananların sayı 37-yə çatıb.
Xarici KİV xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
O, ağır yaralıların həyati təhlükəsinin olduğunu deyib. Həmçinin qeyd olunub ki, partlayışdan sonra 2 nəfər itkin düşüb.
Hadisə yerinə 270 yanğınsöndürən cəlb olunub, yanğın nəzarət altına alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.