Rusiyada dövlət gənclərin mənzil kirayəsi pulunun yarısını özü ödəyəcək
22-06-2023, 11:24
2 108

Rusiyada dövlət gənclərin mənzil kirayəsi pulunun yarısını özü ödəyəcək

Rusiya Federasiyasının ərazisində yaşayan və bu ölkənin vətəndaşı olan şəxslərin kirayə mənzil pulunun yarısını dövlət ödəyəcək. 
Subsidiyanın Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ayrılacağı nəzərdə tutulub.
Lakin Rusiya dövlətinin nəzərdə tutduğu bu sosial yardım yaşı 35-ə qədər olan şəxslərə şamil ediləcək.
Digər şərt isə ondan ibarətdir ki, gənclər paralel olaraq ipoteka ilə yeni binada mənzil almaq üçün ilkin ödəniş məqsədilə vəsait toplamalıdırlar.
İlkin mərhələdə proqramda hər il təxminən 310 min insan iştirak edə biləcək.
Rusiyanın tikinti və mənzil-kommunal təsərrüfatı naziri Nikita Stasişin qeyd edib ki, mənzil müavinətlərinin verilmə qaydası yaxın bir neçə ay ərzində dəqiqləşdiriləcək.
Nazirlikdən bildirilib ki, proqram gənclər üçün effektiv olacaq və büdcə xərclərinə qənaətinə şərait yaradacaq.
Mənbə: İzvestiya

Oxşar xəbərlər