Belarusda helikopter sərt eniş etdi - Yaralılar var
22-06-2023, 16:40
595

Belarusda helikopter sərt eniş etdi - Yaralılar var

Belarus Silahlı Qüvvələrinə məxsus Mi-24 helikopteri sərt eniş edib.
Bu barədə respublikanın Müdafiə Nazirliyi açıqlayıb. 
"Brest vilayətinin Baranoviç rayonunda baş verən qəza nəticəsində ekipaj üzvləri xəsarət alıb. Hadisənin səbəbləri komissiya tərəfindən müəyyənləşdiriləcək", - deyə məlumatda qeyd olunub. 
Hadisə yerindən yayımlanan görüntülərdə helikopterin yararsız hala düşdüyü görünür. Helikopterin Rusiya aviasiyasının balansında olduğu açıqlanıb. 

Oxşar xəbərlər