Dünya
22-06-2023, 16:42
608
Bu ölkədə anomal istilər başladı
İyunun 22-də Pekində havanın temperaturu bu yay ayı üçün rekord səviyyəyə - 41,1 dərəcəyə yüksəlib.
Xarici media məlumatına görə, şəhərdə hava təhlükəsinin narıncı səviyyəsi elan edilib ki, bu da ikinci ən yüksək hesab olunur. Hakimiyyət anomal isti havanın iyunun 24-dək davam edə biləcəyini bildirib. Ölkənin ən isti yeri Pekindən şimal-şərqdə yerləşən Tanhekou şəhəri olub. Orada temperatur 41,8 dərəcəyə qalxıb.
Sonuncu dəfə iyun ayında Çin paytaxtında hava analoji səviyyəyə qədər yalnız 1961-ci il iyunun 10-da istiləşib, o zaman termometr 40,6 dərəcəyə qalxıb. Eyni zamanda, Çinin paytaxtında mütləq temperatur rekordu 1999-cu il iyulun 24-də qeydə alınıb.
İyunun ortalarında Pekində havanın temperaturu 39,4 dərəcəyə çatıb, bəzi yerlərdə asfalt 50 dərəcəyə qədər qızıb. Səlahiyyətlilər isti vurmamaq üçün sakinləri açıq havada çölə çıxmamağa çağırıb.
.