Dünya
23-06-2023, 11:11
759
Bu ölkənin birinci gözəli stadionda dava saldı: Mühafizəçini DİŞLƏDİ
"Miss Şotlandiya 2022"nin qalibi Lyusiya Sofiya Tomson reqbi oyunu zamanı stadionda mühafizəçi ilə dava etdikdən sonra irqçilikdə ittiham olunub.
Xarici media xəbərinə görə, iyunun 17-də Edinburqda reqbi yarışlarının keçirildiyi stadionda Şotlandiyanın birinci gözəli titulunun sahibi ilə mühafizəçi arasında dava baş verib. Hadisəni lentə almağı bacaran şahidlər Tompsonun tədbirə sərxoş vəziyyətdə çıxdığını, mühafizəçiyə hücum çəkdiyini və irqi zəminlə onu ictimaiyyət qarşısında təhqir etdiyini iddia edir. Bəzi şahidlər qızın hətta mühafizəçini dişlədiyini iddia edir.

Dava videosu sosial mediada yayıldıqdan sonra Tomson ictimai qınaq dalğası ilə üzləşib. İstifadəçilər Şotlandiya gözəlini irqçilikdə günahlandırıblar, nəticədə qız “Instagram”dakı şəxsi səhifəsinə girişi bağlayıb.
Tənqid dalğası Tomsona məxsus olan Şotlandiya Moda Assosiasiyasını da vurub. “Daily Mail” yazır ki, şirkət məsələyə son dərəcə ciddi yanaşdığını deyərək hər şeyi düzəltməyə çalışsa da, bir çox üzv ondan uzaqlaşmağa üstünlük verib.
Polis hadisə ilə bağlı araşdırma aparır.