Yalançı ekstrasens 175 milyon dollar qazandı - 280 il həbs
23-06-2023, 16:33
6 630

Yalançı ekstrasens 175 milyon dollar qazandı - 280 il həbs

Amerikada yaşayan Patris Runner 20 ildən çox saxtakarlıq edərək insanları aldatmaqda təqsirli bilinib.
Xarici mətbuat xəbər verir ki, 57 yaşlı bu şəxs özünü insanlara ekstrasens kimi tanıdaraq onların pulunu mənimsəyib. 
Məlumata görə, Runner 1994-2014-cü illər arasında ona göndərilən məktubları oxuyaraq onlara müəyyən məbləğ müqabilində şans və xoşbəxtlik arzulayacağını bildirib. O, xəstə insanların sağalacağı, bəzilərinin sevgi tapacağı kimi yalan şeylər vəd edib. Onun bu yalanlarına demək olar ki, dünyanın hər yerindən inananlar olub. 
Saxta ekstrasens bu yolla onilliklər ərzində 175 milyon dollar qazanıb. 
Bildirilir ki, Patris Runneri 280 il həbs cəzası gözləyir. 

Patris Runner

 

Oxşar xəbərlər