İstidən təntiyən kişinin tapdığı çarə hər kəsi güldürdü
24-06-2023, 11:49
980

İstidən təntiyən kişinin tapdığı çarə hər kəsi güldürdü

Sosial şəbəkələrdə istidən təntiyən motosikletçinin avtoyuma məntəqəsinin qarşısında dayanaraq özünü islatması ilə bağlı görüntülər böyük maraqla qarşılanıb.
Kadrlar Türkiyənin Sakarya vilayətindəndir.
Videoda sürücünün işçini çağırması və onu islatmasını istəməsi görünür. İşçi də onun xahişini yerə salmır.
Təhlükəsizlik kamerasına əks olunan həmin görüntülər izləyənlərin üzündə təbəssüm yaradıb.


Mənbə: Haber Global

Oxşar xəbərlər