Honkonqdan Los-Ancelesə uçan təyyarədə partlayış baş verdi: Yaralılar var
24-06-2023, 11:51
979

Honkonqdan Los-Ancelesə uçan təyyarədə partlayış baş verdi: Yaralılar var

Honkonqun “Cathay Pacific” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayış baş verib.
Təyyarənin şassisi partlayıb və bu səbəbdən təcili eniş edib.
Hadisə nəticəsində 5-i kişi, 13-ü qadın olmaqla 18 nəfər xəsarət alıb.
Bu barədə yerli telekanallar məlumat verib.
Məlumata görə, Honkonqdan Los-Ancelesə uçan təyyarə havaya qalxdıqdan sonra şassilərdən biri həddindən artıq qızıb və partlayıb. Ekipaj üzvləri Honkonqa qayıtmaq qərarına gəliblər.
Təcili enişdən sonra xilasedici trap işə salınıb. Sərnişinlər təyyarədən təxliyə zamanı xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Qalan sərnişinlər isə otelə çatdırılıblar.
Uçuş “Boeing 777-300” təyyarəsi ilə həyata keçirilib və göyərtəsində təxminən 300 nəfər olub.
Mənbə: TASS

Oxşar xəbərlər