Qocalar evində kütləvi ZƏHƏRLƏNMƏ: ölən var
26-06-2023, 11:57
1 286

Qocalar evində kütləvi ZƏHƏRLƏNMƏ: ölən var

Yakutiyada şəxsi pansionatda 3 qoca kimyəvi maddədən zəhərlənib.
Rusiya mediası bildirir ki, ahıllar və əlillər üçün “Qayğı” fərdi pansionatında yaşayan 72-85 yaş arası qadınlar tərkibində kimyəvi komponentlər olan maye içiblər. Onlar ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. 85 yaşlı zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb. Digər üç təqaüdçünün vəziyyəti stabil ağır olaraq qalır. Eyni zamanda onlardan ikisi reanimasiyadadır, biri isə artıq terapevtik şöbəyə köçürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər