Həyat yoldaşını ağ-qara foto ilə təbrik etdi
26-06-2023, 14:39
7 051

Həyat yoldaşını ağ-qara foto ilə təbrik etdi

Dünyaca məşhur aktrisa Nikol Kidman həyat yoldaşı Keyt Urbanı evliliklərinin 17-ci ildönümü münasibətilə təbrik edib. 
56 yaşlı aktrisa özəl günün şərəfinə həyat yoldaşı ilə olan ağ-qara şəklini "İnstaqram" hesabında paylaşıb. 
O, fotoya "Yubileyimiz mübarək, sevgilim" şərhini yazıb.
Qeyd edək ki, Nikol Kidman 2006-cı ildə avstraliyalı kantri müğənni Keyt Urbanla evlənib. Cütlüyün Sandey Roz və Feyt Margaret adlı iki qızı var.
Kidman və Urban müntəzəm olaraq bir-birlərinə olan hisslərini açıq şəkildə nümayiş etdirirlər.

Oxşar xəbərlər