Çində torpaq sürüşməsi: 7 nəfər itkin düşdü
27-06-2023, 09:48
574

Çində torpaq sürüşməsi: 7 nəfər itkin düşdü

Çinin Sıçuan vilayətində baş verən torpaq sürüşməsi və palçıq axını nəticəsində azı 7 nəfər itkin düşüb.
Xarici mətbuat xəbər verir ki, hadisə şiddətli yağışların müşahidə olunduğu Vençuan rayonunda baş verib. Təbii fəlakətlə əlaqədar 900 nəfər təxliyə edilib.
Hazırda itkin düşənlərin axtarışları davam edir. Əraziyə xeyli sayda texnika, mülki müdafiə qüvvələri və polislər cəlb olunub.

Oxşar xəbərlər