Kişi spirtli içkiyə görə qadınların barmaqlarını balta ilə doğradı
27-06-2023, 10:58
1 171

Kişi spirtli içkiyə görə qadınların barmaqlarını balta ilə doğradı

Rusiyanın İrkutsk vilayətində iki tanışının barmaqlarını kəsən şəxs məhkəmə qarşısına çıxacaq.
“Rosbalt” xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, kişi evlərdən birinin mənzilində spirtli içki qəbul edərkən tanıdığı qadınlardan biri onun spirtini içib.
Bu zaman o, balta ilə qadınların hər birinin barmaqlarını kəsib.
Həmin şəxs barəsində cinayət işi başlanıb.
Məhkəmə onu təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib. 

Oxşar xəbərlər