Başından güllələdilər, araqdan zəhərlənib xəstəxanaya düşdü
27-06-2023, 11:14
1 354

Başından güllələdilər, araqdan zəhərlənib xəstəxanaya düşdü

Novosibirskdə spirtli içkidən (araq) zəhərlənərək xəstəxanaya çatdırılan 7-ci sinif şagirdinin başında güllə yarası aşkarlanıb.
Rusiya mediası xəbər verir ki, məlumata görə, 14 yaşlı oğlan sərxoş halda dava etdikdən sonra tibb müəssisəsinə yerləşdirilib. Həkimlər zərərçəkənə orta dərəcəli beyin əzilməsi, ön sümüyün xırdalanmış sınığı, sıyrıqlar və çoxsaylı qançırlar diaqnozu qoyublar. Bundan əlavə, həkimlər yeniyetmənin sağ ön sümüyündə güllə yarası aşkar ediblər.
Zərərçəkən iddia edir ki, indiki hadisədən bir neçə həftə əvvəl naməlum şəxs onu başından vuraraq qaçıb. Yeniyetmə baş verənlərin təfərrüatlarını bərpa edə bilməyib.
Hazırda araşdırma aparılır.

Oxşar xəbərlər