"Azərbaycan əhalisi artıb, Ermənistan əhalisi xeyli azalıb" - Paşinyandan ETİRAF
27-06-2023, 13:01
1 069

"Azərbaycan əhalisi artıb, Ermənistan əhalisi xeyli azalıb" - Paşinyandan ETİRAF

"1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb".
Bunu Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib.
“1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - o bildirib.
Baş nazir əlavə edib ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın daxili siyasətində çox mühüm yer tuturdu.

Oxşar xəbərlər